Bakıda avtomobil qaçıran şəxs yaxalanıb. Bu haqda 27 aprel tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Xətai rayonunda Telnov küçəsində aprelin 25-də Ş.Kazımovaya məxsus “Mercedes” markalı avtomobil qaçırılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Rüstəmov Zığ şosesində saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.