Bakının Xətai rayonu, M.Hadi küçəsində avtomobil yanıb. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma “AzSamand” markalı avtomobildə baş verib. Nəqliyyat vasitəsinin mühərriki və elektrik lövhəsinin yanar hissələri qismən yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Avtomobilin qalan hissəsi və ətraf infrastruktur yanğından mühafizə olunub.