Xətai rayonunda avtomobil alışıb. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
“Ford” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman onun mühərrik hissəsi qəfil alışmağa başlayıb. İlk olaraq, şahidlər avtomobili söndürməyə çalışıblar. Daha sonra əraziyə FHN-in əməkdaşları gəliblər.
Yanğın söndürülüb.
[video width="574" height="568" mp4="https://bakuplus.az/storage/photos/2023/06/dun-n-bakida-ford-alisaraq-yanib.mp4"][/video]