Bakıda yol qəzası zamanı bir nəfər xəsarət alıb. Bu haqda 18 aprel tarixində APA məlumat verib.
Ayaz İsmayılov küçəsində “AzSamand” markalı avtomobilin sürücüsü qəfil manevr edərək əks yola çıxıb və “Mercedes”-ə çırpılıb. Qəza nəticəsində “AzSamand”-da olan bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.