Bakıda cibgir qadın saxlanılıb. Bu barədə 6 oktyabr tarixində avtosfer.az saytı xəbər verib.
Oktyabrın 4-də Xətai rayonunda naməlum şəxs Bakı sakini V.Mirzəyevin cibinə girərək 2500 manat pul oğurlamışdı. Polisin apardığı axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən S.Qaqaşova saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.