Paytaxtın Xətai rayonunda birmərtəbəli evdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 16 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 90 kv.m olan 2 otaqlı evin mətbəxində mətbəx mebeli, qaz sobası və aspirator yanıb. Əlavə olaraq, yüksək temperaturdan lambirdən ibarət tavan da 3 kv.m sahədə əriyib.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.