Xətai rayonunda boya sexi yanıb. Bu haqda bu gün, 7 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 120 kv.m olan boya sexi 40 kv.m sahədə alışıb. Alov bir dam altında tikilən və ümumi sahəsi 140 kv.m olan müxtəlif təyinatlı obyektlərə keçib. Nəticədə obyektlər 30 kv.m sahədə yanıb. Yaxınlıqdakı avtomobillərə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.