Paytaxtın Xətai rayonu, Sabit Orucov küçəsində əl qumbarası tapılıb. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Əraziyə giriş məhdudlaşdırılıb. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Döyüşə yararlı F-1 əl quçbarası zərərsizləşdirilməsi üçün ərazidən uzaqlaşdırılıb.
Daha sonra sahəyə baxış keçirilib, digər sursat aşkar olunmayıb.