Xətai rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsində qeydə alınıb. 9-cu mərtəbədə quraşdırılan dolab 6 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.