Bakının Xətai rayonu, M.Hadi küçəsində doqquzmərtəbəli yaşayış binasında yağın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Binanın pilləkən qəfəsində baş vermiş yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb. Mənzillər alışmadan mühafizə olunub.
Yanğın zamanı binanın 1-ci mərtəbəsinin pilləkən qəfəsində 10 kv.m sahədə taxta tullantılar və 8 p.m elektrik kabeli yanıb, yüksək temperaturdan 2-ci və 3-cü mərtəbələrin pilləkən qəfəsləri deformasiyaya uğrayıb. Xəsarət alan olmayıb.