Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 100 kv.m olan 4 otaqlı mənzilin bir otağında televizor və ev əşyaları yanıb. Həmçinin yüksək temperaturdan qapı və plastikdən ibarət pəncərə qismən qarsalanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.