Bakıda azyaşlı binadan yıxılaraq ölüb. Bu haqda 3 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Xətai rayonu, Məhəmməd Hadi küçəsində 2 yaşlı S.Osmanova 10 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılıb. Uşaq hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.