Bakının Xətai rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 16 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-ə daxil olan məlumata görə, rayon ərazisində yerləşən evlərin birində bir nəfər qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə xilasedicilər cəlb olunublar.
Aparılan tədbirlər nəticəsində bir nəfərin meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.