Paytaxtın Xətai rayonu, İ.Məmmədov küçəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Vüqar Tapdıqzadə evlərin birindən ümumi dəyəri 10.000 manat olan televizor, kompüter, planşet, kinoteatr və internet avadanlığını oğurlamaqda şübhəli bilinərək, saxlanılıb.
Araşdırmalar davam edir.