Bakıda oğurluqla məşğul olan daha bir şəxsin fəaliyyətinə polis tərəfindən son qoyulub. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 23 mart tarixində xəbər verir.
Martın 21-də paytaxtın Xətai rayonunda evlərin birindən 900 manat dəyərində qızıl-zinət əşyaları, tozsoran və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Baxşəliyev saxlanılıb.
İstintaq tədbirləri davam edir.