Bakının Xətai rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilib. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, hadisə iyulun 20-də baş verib. Evdən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Tovuz rayon sakini R.Cümşüdlü saxlanılıb. Araşdırma aparılır.