Paytaxtın Xətai rayonunda gənc qız mopeddən yıxılaraq ölüb. Bu haqda bu gün, 1 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Zığ yolu küçəsi, 2 ünvanında baş verib. 21 yaşlı Eliza Həsənova mopedlə hərəkət edən zaman müqavimətini itirib və yıxılıb. O, qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb.