Bakının Xətai rayonu, “Əhmədli” metro stansiyasının yaxınlığında iki avtomobilin iştirakı ilə yol qəzası baş verib. Bu hadqa bu gün, 26 fevral tarixində Bakuplus.az məlumat verib.
Belə ki, “Toyota Prius” və “Ravon” markalı avtomobillər eyni istiqamətdə hərəkət edərkən bir birinə çırpılıblar.
Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobillərə maddi ziyan dəyib.