Paytaxtın Xətai rayonunda şirniyyat evi kimi fəaliyyət göstərən obyektdə yanğın baş verib. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 60 kv.m olan birmərtəbəli tikili 20 kv.m sahədə alışıb. Nəticədə yaxınlıqda yerləşən 3 ədəd ağac və bitişik divarda asılan kondisioner yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.