Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma birmərtəbəli tikilidə qeydə alınıb. Ümumi sahəsi 1500 kv.m olan birmərtəbəli köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 400 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.