Bakının Xətai rayonunda yerləşən kafelərin birində oğurluq baş verib. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, hadisə iyulun 29-da baş verib. Naməlum şəxs tərəfindən kafedən 4000 manat dəyərində məişət əşyaları oğurlanıb.
Xətai RPİ 36-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini Röyal Qəmbərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.