Paytaxtın Xətai rayonunda kişi həyat yoldaşını qətlə yetirib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Bəxtiyar Məmmədov aralarında yaranan mübahisə zamanı həyat yoldaşı Ülkər Məmmədovanı bıçaqlayaraq öldürüb.
Bundan əlavə, o, qaynı Heydər Hacıyevi və qayınanası Fəridə Hacıyevanı yaralayıb.
Faktla bağlı cinayət işi başlanılıb. Şübhəli şəxs saxlanılıb.