Xətai rayonunda avtomobil piyadanı vurub. Bu haqda 16 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Babək prospektində fevralın 15-i saat 23 radələrində “Mercedes” markalı avtomobilin sürücüsü M.Əsgərov paytaxt sakini A.Heydərovu vurub. Qəza nəticəsində yaralı xəstəxanaya çatdırılıb və orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam edir.