Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 4 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Xətai rayonunda Elçin Rüstəmov idarə etdiyi “Land Rover” markalı, 90-ON-204 dövlət qeydiyyat nişanlı avtomobil ilə yolu keçən 31 yaşlı Nazim Nağıyevi vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Lakin, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.