Bakıda liftdən oğurluq edən şəxs saxlanılıb. Bu haqda 10 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xətai rayonunda mayın 8-də Gəncə prospektindəki binalardan birinin liftindən 1600 manat dəyərində 16 ədəd mühərrik dayağı oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.