Paytaxtın Xətai rayonu, Polad Həşimov küçəsində bıçaqlanma baş verib. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
41 yaşlı Fərid Miriyev tanımadığı şəxs ilə mübahisə edib. Bu zaman sonuncu Fəridə 8 bıçaq zərbəsi vurub. Yaralı Reanimasiya şöbəsinə yerləşdirilib.
Araşdırmalar davam edir.