Bakının Xətai rayonunda meyit tapılıb. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı FHN-ə məlumat daxil olub. Əraziyə gələn əməkdaşlar qapını açaraq içəridə 1 nəfərin cəsədini aşkar ediblər.
Cansız bədən aidiyyəti üzrə təhvil verilib.