Xətai rayonunda səhlənkarlıqdan avtomobillərə ziyan dəyib. Bu haqda 7 fevral tarixində Patrul.az xəbər verib.
Babək prospekti, “Medical Plaza”nın qarşısında avtomobil yolunda qazıntı işləri aparılıb, lakin qazıntıdan sonra yola heçbir işarə qoyulmayıb. Bu səbəbdən magistral yoldan keçən avtomobillər quyuya düşərək altını zədələyiblər.
Sosial şəbəkələrdə yayılmış videoda göründüyü kimi, gecə vaxtı ən azından 8 avtomobilə ziyan dəyib.