Bakıda mebel və çörəkbişirmə sexi yanıb. Bu haqda 4 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Xətai rayonunda ümumi sahəsi 330 kv.m olan mebel sexində yanğın baş verib.
Sexin yanar konstruksiyaları, içərisində olan taxta və karton materiallar 60 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Həmçinin Suraxanı rayonunda çörəkbişirmə sexində sobanın içərisinə çəkilən daş yun üzlük 3 kv.m. sahədə yanıb.
Hər iki yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.