Bakıda minik avtomobili yanıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Paytaxtın Xətai rayonunda "Mitsubishi" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb olunub.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.