Paytaxtın Xətai rayonu, Yusif Səfərov küçəsində yük avtomobili minik nəqliyyat vasitəsi ilə toqquşub. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Ceyhun Talıbovun sürücüsü olduğu “Changan” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman eyni istiqamətdə hərəkət edən “Qazel” markalı yük avtomobilinə çarpılıb. Nəticədə 1 nəfər xəsarət alıb, minik nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Faktla bağlı araşdırmalar davam edir.
[URIS id=73390]