Bakıda moped oğrusu saxlanılıb. Bu haqda 3 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xətai rayonunda iyunun 1-də M.Məhərrəmova məxsus, dəyəri 3600 manat olan “Tufan” markalı moped oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini M.Qiyasov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.