Bakıda motokuryer qəzaya düşüb. Bu haqda 14 mart tarixində Avtosfer.az məlumat verib.
Xətai rayonu, Yusif Səfərov və Afyəddin Cəlilov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Motokuryer dönmək istəyərkən hərəkətdə olan "KİA" markalı avtomobilə çırpılaraq aşıb. Qəza nəticəsində motosikletin sürücüsü ciddi xəsarət alıb.
Qəzanın görüntüsü müşahidə kamerasına düşüb.