Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
21 yaşlı Əkbər Əliyevin idarə etdiyi motosiklet və avtomobil toqquşub. Qəza nəticəsində ikitəkərlinin sürücüsü xəsarət alıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hazırda araşdırmalar aparılır.