Bakının Xətai rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə metronun “Həzi Aslanov” stansiyası yaxınlığında qeydə alınıb. Motosikletlə avtomobilin toqquşması nəticəsində sərnişin – 18 yaşlı Ayla Məmmədzadə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.