Xətai rayonunda paytaxt sakini bıçaqlanıb. Bu haqda 9 iyun tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Sabit Orucov küçəsində 35 yaşlı Yadulla Abıyev dava zamanı naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.