Bakıda 16 kq narkotiki qəbiristanlıqda gizlədən şəxs saxlanılıb. Bu haqda 20 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xətai rayonunda narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum edilmiş Mövsüm Aslanov tutulub. Onun üzərindən və satış məqsədilə əldə edərək Xətai rayonu ərazisində yerləşən qəbiristanlıqların birində torpağın altında gizlətdiyi ümumilikdə 16 kiloqram marixuana tapılıb.
Saxlanılan barəsində cinayət işi açılıb və onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
[caption id="attachment_49145" align="alignnone" width="800"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı[/caption]