Xətai rayonunda qəzaya düşən şəxs 2 ay sonra vəfat edib. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
7 may tarixində 35 yaşlı Orxan Hüseynov avtomobil yolunu keçən zaman onu 28 yaşlı Sadiq Süleymanov idarə etdiyi avtomobillə vurub. Nəticədə piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirliib. Həkimlərin səylərinə baxmayaraq, O.Hüseynov 10 iyul tarixində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.