Bakının Xətai rayonunda yerləşən marketlərin birində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Bakı şəhər sakini olan bir qadının içərisində 1300 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Məzahir Cəfərov Xətai RPİ 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.