Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 8 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, yanvarın 4-də adıçəkilən rayon ərazisində 1400 manat dəyərində qaynaq aparatı oğurlanıb.
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Vəliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.