Bakı sakini qonşusu tərəfindən bıçaqlanıb. Bu haqda 7 fevral tarixində APA məlumat verib.
Xətai rayonu, Şirin Mirzəyev küçəsi, ev 3 ünvanında 52 yaşlı İlqar Əliquliyev qonşusu ilə dava edərkən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.