Xətai rayonunda silsilə oğurluqlar edən şəxs tutulub. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun G.Şıxlinski küçəsində baş verib. Şərur rayon sakini, əvvəllər məhkum olunmuş V.Süleymanov şadlıq evində bir nəfərin mobil telefonunu, eləcə də həmin küçədə yerləşən kafelərin birində bir qadının 800 AZN dəyərində mobil telefonunu və N.Tusi küçəsindəki marketdə başqa bir qadının çantasından 1000 AZN-lik qızıl-zinət və məişət əşyalarını oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırmalar davam edir.