Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 28 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma “Ford” markalı yük avtomobilinin kabinə hissəsində qeydə alınıb. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb. Xəsarət alan olmayıb.