Bakıda səhər saatlarında yanğın baş verib. Hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Bu haqda BakuPlus Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Rayon ərazisində yerləşən doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin yeddinci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunduqdan sonra yanğın söndürülüb.
Mənzillər yanğından mühafizə olunub.