Xətai rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 15 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Doqquzmərtəbəli binanın altıncı mərtəbəsində elektrik lövhəsi alışıb. Nəticədə 5 ədəd sayğac, 2 ədəd qoruyucu açar və 10 p.m kabel yanıb. Tikilinin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.