Paytaxtın Xətai rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən rayonda yerləşən və ümumi sahəsi 30 kv.m olan ev tamamilə kül olub. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.