Bakının Xətai rayonunda yaşayış binasında yanğın olub. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 78 kv.m olan 3 otaqlı mənzilin bir otağında kondisioner və masa yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.