Paytaxtın Xətai rayonunda motosikletlə avtomobil toqquşub. Bu haqda bu gün, 25 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
17 yaşlı Nəcməddin Mustafayev ikitəkərli ilə hərəkətdə olan zaman minik avtomobili ilə toqquşub.
Yeniyetmə sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Təfərrüatlar araşdırılır.