Bakının Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Sözügedən tikilinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 9 qoruyucu açar və elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə olunub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.