Bakının Xətai rayonu, 8 Noyabr prospektində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
Avtomobil magistral yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən qadını vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Hadisənin baş verdiyi ərazinin yaxınlığında iki yerüstü piyada keçidi mövcuddur.